BAYBARS

Türkü cahandar oğlu- BAYBARS

ELAZ.İNFO 

Tarixdə Hülagü xanın yürüşlərinə qarşı ən ağır zərbələrdən biri 1260-cı ilin sentyabrında (Ramazan ayının 26-sı) baş vermiş Ayn Calud döyüşündə endirilib. Misir Məmlük dövlətinin sultanı Baybars və Sultan Qutuzun rəhbərlik etdiyi qoşunlar monqol ordusunu ağır məğlubiyyətə uğradaraq onların Yaxın Şərqdə irəliləyişinin qarşısını alıblar.

Bu döyüşdə monqol ordusunun sərkərdəsi Kit Buğa öldürülüb. Tarixçilərin əksəriyyəti Ayn Calud savaşını dünya hərb tarixinin dönüş nöqtələrindən biri hesab edir. Məhz bu qələbə monqolların məğlubedilməzliyi haqqında formalaşmış təsəvvürü dağıtdı və bölgədə siyasi qüvvələr nisbətini dəyişdirdi.

Son dövrlərdə Hülagü xan haqqında onun elm və mədəniyyətə xüsusi himayədarlıq göstərdiyini iddia edən fikirlər də səsləndirilir. Lakin bir sıra tarixi mənbələr fərqli mənzərə ortaya qoyur. Mənbələrə görə, Ələmut qalasının, xüsusilə Meymundiz istehkamının alınmasından sonra tarixçi Əta Məlik Cüveyninin təşəbbüsü ilə qaladakı kitabxananın müəyyən hissəsi və astronomik alətlər qorunaraq saraya göndərilib. Bununla yanaşı, kitab fondunun böyük hissəsinin məhv edildiyi və yandırıldığı barədə məlumatlar da tarixi qaynaqlarda yer alır.

Tarixçilər hesab edirlər ki, Hülagü xanı Böyük Səlcuqlu hökmdarları Sultan Alp Arslan və I Məlikşahla müqayisə etmək düzgün yanaşma deyil. Çünki həmin hökmdarlar fərqli dövlətçilik ənənələrini, idarəçilik modelini və siyasi irsi təmsil ediblər. Bu baxımdan belə müqayisələrin tarixi kontekstdən kənar olduğu bildirilir.

Tarixi şəxsiyyətlərin fəaliyyətinə qiymət verilərkən emosional yanaşmadan deyil, etibarlı mənbələrə və elmi faktlara əsaslanmaq daha doğru hesab olunur.

Ramin ƏLİZADƏ

Bizi izləyin və paylaşın