4-cü Şuşa Beynəlxalq Mediya Forumu

ELAZ.İNFO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 4-cu Qlobal Forumun keçirilməsində təşəbbüs qrupu QHT-yə, bu işdə yardımı olanların hamısına təşəkkür edirəm. Müasir dünyada fasiləsiz aparılan müharibələrdə ideoloji,informasiya müharibəsi də aparılmaqdadır. Açıq odlu müharibələrdən fərqli olaraq, bu müharibədə bir gün də fasilə olmur. Bu gün çətinlik həm də ondadır ki, siyasətlə, diplomatiya ilə məşğul olanların və onların fəaliyyətini işıqlandıran mətbuat, əsas məqsədləri gizlətmək üçün yalan danışırlar, qəzetlər, jurnallar tirajlanır.

Həqiqəti gizlətmək üçün mətbuatdan, sosial mediadan istifadə olunur. Bu mətbuat, sosial şəbəkələr fasiləsiz olaraq hər birimizin evinə girir. Belə bir amansız müharibə getdiyi bir zamanda Şuşada dünyanın demək olar ki, hər tərəfindən gələn jurnalistlər, agentliklərin nümayəndələri “Sülhün təşviqində mediyanın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü dəfə Şuşa Beynəlxalq Mediya Forumunun keçirilməsi və prezident cənab İlham Əliyevin müxtəlif sualları cavablandırması, bir daha Azərbaycanın mövqeylərini bütün dünyaya bildirərək bəyan etməsi, ideoloji informasiya müharibəsində gerçəklərin yalanlar üzərinə hücumudur qələbəsidir! Bu Qlobal Forum, həqiqətləri axtaran milyonlarla insanlara olduqca yüksək səviyyədə yaradılan meydandır.

Bu gün bir-biri ilə müharibə aparan güc mərkəzlərinin informasiya agentlikləri, mətbuatı bu güc mərkəzlərinin məkirli iddialarına xidmət edir, hər gün yalan məlumatları yaymaqla məşquldular. Bunlar siyasiləşmiş mətbuatdır. Bunlar dünyada baş verən hadisələrin səbəbini gizlədərək, nəticələri səbəb kimi dünyaya yayırlar. İnsanlar yalanı gerçəkdən ayıra bilməkdə çətinə düşür. Dünyanın hər tərəfindən gələn nümayəndələr bu çətinliklərə aydınlıq gətirmək üçün, bütun dövlət rəhbərlərinin xüsusi hörmət və ehtiram etdiyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarına ümüd və inamla baxırdılar. Düşünürük ki, bu Forum Azərbaycanın gerçəkliklərini, mövqeyini bir daha dünyaya bildirmək üçün, İdeoloji, informasiya və diplomatiya cəbhələrdə bizim və bütun həqiqət tərəfdarlarının qələbə ilə nəticələnən hücumudur. 4-cü Qlobal ŞUŞA Forumu eyni zamanda yeni dünya nizamının qurulması uğrunda gedən müharibədə güclərə önəmli mesajlar verir. Cənab İlham Əliyevin bir-biri ilə müharibə aparan hər iki tərəf haqqında verilən suallara elə diplomatiya ustalığı ilə cavab verir ki, hər tərəf düşdüyü vəziyyətə görə beynəlxalq qanunları yox, öz iddiaları ilə hərəkət etdiklərini, əsas səhf olduğu mesajını alırlar.


Prezident cənab İlham Əliyevin son suala cavabında bəyan etdiyi fikirlər bütün xalqımıza və dünyaya ötürdüyü ən önəmli mesajdır. “Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olacaq-mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür.”

TahirƏləkbərov

Bizi izləyin və paylaşın