FHN ötən həftə 58 nəfəri xilas edib

FHN ötən həftə 58 nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ötən həftə ərzində müxtəlif hadisələrlə bağlı çoxsaylı xilasetmə və yanğınsöndürmə əməliyyatları həyata keçirib.

ELAZ.İNFO  xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən həftə ərzində 560 yanğına çıxış, 49 köməksiz vəziyyətdə qalma və 2 yol-nəqliyyat hadisəsi üzrə qəza-xilasetmə tədbirləri həyata keçirilib.

Məlumata görə, aparılan operativ tədbirlər nəticəsində yanğınların yayılmasının qarşısı alınıb, insanların təhlükəsizliyi təmin edilib.

FHN-in qüvvələri tərəfindən görülən işlər nəticəsində ümumilikdə 58 nəfər xilas olunub. Xilas edilənlər arasında 10 azyaşlı da olub.

Bundan əlavə, hadisə zamanı 7 nəfər təxliyə edilib, 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın