Kamran Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleklə görüşüb

Kamran Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleklə görüşüb

ELAZ.İNFO xəbər verir ki, Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb.

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Görüş zamanı qeyd edilib ki, ölkələrimiz arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” ideyasına əsaslanaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq münasibətləri, qarşılıqlı etimad və qəti siyasi iradə sayəsində bütün sahələr üzrə uğurla inkişaf edir.

Baş prokuror və nazir Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Bakı şəhərinə həyata keçirdiyi işgüzar səfəri, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin cari ilin fevral ayında İstanbul şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşləri məmnunluqla xatırladaraq, həmin təmasların ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verdiyini bildirib.

Aydan

Bizi izləyin və paylaşın