Bu məsələ hər birimizlə bağlı olduğundan müzakirəyə çıxarıram.
Mən Tahir Əmiraslanov 12-24 iyun tarixlərində işimlə bağlı olaraq Çində idim. Səfər zamanı daimi olaraq 20-dən çox ölkə ilə əlaqədə olmalıydım. Çin dilini bilmədiyim üçün tərcümə proqramına da ehtiyacım vardı.
12 iyunda uçmalıydım deyə, 11 iyunda Nar hesabıma 50 man ödədim ki, 15 günlük Nar tarifinə qoşularam.
13-ü tezdən gecə Pekində hava limanında Rominqə qöşulmaq üçün telefonumu açan kimi mesaj aldım ki, “Sizin balansınız sıfırdır”.
Nə zəng etmişəm, nə mesaj göndərmişəm. Nar heç nədən saniyələr içində 50 manatı “yedi”. “Haram xoşları”- deyib gündüz yenə 25 manat yüklədim ki, 15 günlük Rominq tarifinə qoşulum. Qoşulmağa çatmamış yenə Nar bu pulu da “yedi”. Bu 25 manatı yükləyəndə vay-fay zonasındaydım. Yənı bunu qaldığım oteldən edirdim.
Nə isə, işlərim çox çətin vəziyyətə düşdü.
Bakıda Neftçilər metrosunun yanındakı Nar Xidmət ofisində nöbbə tutub, soruşdum ki, bu nə məsələdir?Bəlkə pullarımı qaytarasınız? 10 dəqiqə ağızlarına gələn məntiqsiz izahat verfilər ki, belə də olmalıdı. Üzür belə istəmədilər. Dedim rəhbərliyinizin əlaqəsini verin, hara müraciət edim, məsələni onlarla araşdırım. Dedilər xeyri yoxdur. Məhkəməyə müraciət edin.
İndi bu süründürməçiliklərə mənim vaxtım yoxdur.
Bu yazımı Nar rəhbərliyi və Məhkəmə, əhalinin hüquqlarını müdafiə edən kimsə varsa, o orqanlar rəsmi müraciət kimi qəbul edib, cavab versinlər. Bu nə soyğunçuluqdur ?!!!
Bu bir. İkinci məsələ; bizə demişdilər ki, şəbəkələr böyüdükcə internetin, telefon əlaqəsinin qiyməti azalacaq. Nəsə, çox tərsinə oldu. Başqa ölkələrdə qoymət azalır, bizdə isə əksinə, yüksəlir.
Təklif edirəm: Kiber təhlükəsizlik və büdcəyə vəsaitin artması üçün bütün Nar, Cin, və s dövlət inhisarına keçirilsin.
Niyə bizim pullar kiminsə cibinə gedir, daha doğrusu, niyə kimlərsə bizim cibimizə girsin?!
Tahir ƏMİRASLANOV
