Taekvandoçularımız vətənə medallarla döndülər

İdmançılarımız Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə keçirilən klublararası Avropa çempionatından vətənə medalla dönüblər.

Taekvandoçularımız Aydan Hüseynova (36 kiloqram, “İrəvan” TK) və Rada Əsəd (44 kiloqram, “Mübariz” TK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İslam Quluzadə (33 kiloqram, “Alpman” TK), Gökalp Çilingir (40 kiloqram, Nərimanov RİK) və Renad Zülfiqarlı (+57 kiloqram, “Alov” TK) yarışı gümüş medalla başa vurublar.

Əkbər Tağıyev (+30 kiloqram, “Atlet” TK) isə bürünc mükafata sahib çıxıb.

Məlumat üçün bildirək ki, Azərbaycan klub təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq, birinci yeri tutub və çempionatın kubokunu qazanıblar.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın