“Beynəxalq İçtimayyət” sözü

ELAZ.İNFO

Azərbaycanda İslam İnkişaf Bankı Qrupunun iyinin18 də 2026-cı il üzrə keçirilən illik toplantısı olduqca böyük iqtisadi və siyasi hadisədir. Toplantının açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı, toplantının İqtisadi, siyasi və geosiyasi məna yükünü daha çox zənginləşdirdi. Bu çıxış olduqca möhtəşəmdir! Prezident toplantının əhəmiyyətindən, Azərbaaycanla İslam İnkişaf Bankının münasibətləridən, ölkəmizin inkişaf yolundan, problemlərdən, torpaqlarımızın işğala məruq qalmasından, 30 il işğal altında olmuş ərazimizin azad edilməsindən, bu yolda çətinlikərimizdən, beynəlxalq münasibətlərin vəziyyətindən, beynəlxalq aləmin doğru istiqamətini göstərərək bütün dünya dövlətlərinin və beynəlxalq təşkilatların rəhbərlərinə mətləb anladan ismariclər ötürdü.
Cənab Prezident bəyan etdi ki. “təxminən 30 ilə yaxın torpaqlarımızı azad etmək üçün mənasız, nəticəsiz görüşlərdən sonra gördük ki, torpaqlarımızı azad etmək üçün himayadarlıq edənlərin bir məqsədi var, torpaqlarımızı əbədi olaraq Ermənistanın işğal altında saxlamaq. Sülhün təmin edilməsi və ərazimizin azad edilməsi mandatını daşıyanların məqsədi məhz bu idi. Mən ATƏT-in Minsk qrupunun həmsədirlərini, BMT-nin TŞ-nın üç daimi üzvü olan Fransanı, Rusiyanı və ABŞ-ı nəzərdə tuturam. Təsəvvür edin bu ölkələr Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə məcbur edə biməzdilərmi? Əlbətdə ki, edə bilərdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdik.” Prezident cənab İlham Əliyev bu fikirləri bəyan etməsi ilə bütün dünya azərbaycanlılarına, bütün Türk dünyasına, bütün Türk dövlətlərinə, bütün müstəqil siyasət aparmaq istəyən dövlətlərə və tarixi Türk dövlətlərini məkirli siyasətlə yox edən və bu gün də canında, düşüncəsində Türk xofu qalan və bu gün də dünyaya hökmranlıq etmək iddiyası ilə siyasət aparan güclərə olduqca önəmli mesaj verir. Əlbətdə artıq masqalar çırılıb. Artıq uşaq da bilir ki, Ermənistan Respublikası və Haylar böyük dövlətlər olan Rusiyaya, Fransaya. ABŞ-a bu qədər önəmliddir ki, onların ərköyün uşaq kimi hər çür haqsızlığını müdafiə edirlər? Hər çür yardım edirlər.
Tarixi hadisələrə geosiyasi müharibələr prizmasından baxanda, bu gün baş verən bütün hadisələrin mahiyyətini də, məntiqini də, səbəbini də anlamaq olur. Azərbaycan xalqının qurduğu qüdrətli Səfəvilər, Afşarlar, Qacarlar dövlətlərimizin içinə min bir yumşaq vasitələrlə, təxribatlarla girərək, qan qardaşımız Osmanlı dövləti ilə bizi müharibəyə təhrik edən və sonrada bu hadisəni bayram edənlərin varisləri, bu gün Ermənistan Respublikasını yaradan və onu müdafiə edənlərdir. Qacarlar dövlətimizin cənubu İngiltərə İmperiyasının, şimalı isə Rusiya İmperiyasının təsiri altına düşəndən sonra, Rusiya Ermənistanı, (1918) İngiltərə də müasir İran fars dövlətini yaratdı.(1925) Bu proses uzun və tədricən aparılırdı. (1800-1925) Bu gün bir-biri ilə ənənəvi rəqib olan Rusiya və İngiltərə, ABÇ, qərb tək bir məsələdə həmfikir olublar. Bir daha bu çoğrafiyada güclü Türk dövlətinin olmasına yol verməmək! Ona görə də 1925 ci ildən bu günə qədər 1936 cı ildən İran kimi adlanan bu ölkədə hakimiyyətini dəfələrlə bərpa etməyə çalışan Güney Azərbaycanlıların azadlıq hərakatını bu güclər qan içində böğublar. Şimali Azərbaycanda da başımıza gətirilən bütün bəlararın əsas səbəbi budur. Çox təəssüf ki, bu güclərin siyasəti bu gün də davam edir. Beynəlxalq içtimaiyyət bilməlidir ki, dünyada əbədi, davamlı sülh əldə etmək üçün, böyuk güclərin geosiyasi maraqları üçün yaradılmış qondarma dövlətlərin haqsız əməllərinə dəstək olmaqla dünyanı daimi fəlakətə aparırlar. Türk dövlətləri tarixdə də, bu gün də heç bir dövlətə və ya heç bir xalqa qarşı haqsızlıq etməyib və etməyəcək! İranda bütün bəlalara, problemlərə son qoymaq üçün, Güney Azərbaycan Türkləri mütləq hakimiyyətini bərpa etməlidir!
Cənab Prezident daha bir önəmli fikri də bəyan etməsi bütün dünyay daha bir güclü mesaj oldu. “Bəzən “Beynəxalq İçtimayyət” sözünü eşidəndə bəziləri düşünür ki, o inkişaf etmiş ölkələrdən ibarətdir. Bu yalnış yanaşmadır. Beynəlxalq İçtimayyət bütün dünyadan, BMT-yə üzv olan ölkələrdən ibarətdir.”
İnanıram ki, Bakıda keçirilən İslam İnkişaf Bankı Qurupunun növbəti illik toplantısı və cənab prezidentin çıxışı dünyada daha ədalətli nizamın qurulmasına töhvələr verəcək.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın