ELAZ.İNFO xəbər verir ki, təhsil eksperti dosent İlham Əhmədov özünün sosial şəbəkə hesabında etdiyi paylaşımında maraqlı bir sitat gətirib.
Ekspert qeyd edir ki, Təhsil naziri deyir ki, heç vaxt dərslik yazmayanlar dərslikləri daha çox tənqid edir.
Daha sonra ekspert sitata açıqlama verib.Fikri olduöu kimi diqqətinizə çatdırırıq.
“Bu nə məntiqdir?
Sabah da deyəcəklər ki, heç vaxt təhsil naziri olmayanlar naziri tənqid edə bilməzlər?
Dərslik haqqında rəy bildirmək üçün dərslik müəllifi olmağa ehtiyac yoxdur.
Dərslik müəllifləri çox azdır, bu haqda rəy vermək hüququnu yalnız onlara tanımaqla, söz demək haqqını da, dərslik yazmaq kimi inhisara almaq istəyirsiz?
Bu nə deməkdir?
Müəlliflər, yəni öz yazdıqları, ya onlardan əvvəl ya sonrakı dərslikləri tənqid edəcəklər?
Dərsliyə verilən tələbləri, dərslik siyasətini bilən, müxtəlif illərin dərslikləri ilə tanış olan hər bir müəllim, təhsil mütəxəssisi dərslik haqqında fikir bildirə bilər.
Ali təhsilli valideyn də dərslik haqqında fikir bildirə bilər. Bu normaldır.
Normal olmayan elm və təhsili bilməyənlərin bu sahəni illərlə “idarə etməsidir”.
Aydan
