Son dövrlərdə aparılan bir sıra tədqiqatlar Qax rayonunun Oncallı kəndində XlV əsr Azərbaycanının siyasi-sosial həyatına mühüm təsir göstərmiş Yəsəviyyə sufi təriqətinin mühüm rol oynadığını göstərməkdədir.
Kənddəki “Şeyx Tapdıq və Şeyx Yunus”
ziyarətgahı haqqında bir çox araşdırmalar bunu deməyə imkan verir.
Türk şair ve ozanı Yunus Əmrəyə aid olunduğu ehtimal edilən məzarın bu ziyarətgahda yerləşdiyi də diqqət mərkəzindədir.
İngilis tədqiqatçı Con Spenser Trimingeym yazırdı: “Orta Asiyada fəaliyyət göstərən Şeyx Əhməd Yəsəvinin əsasını qoyduğu Yəsəviyyə təriqətinə mənsub oğuz tayfasından olan dərvişlərin fəaliyyəti şamançılıq dininə bağlı qıpcaq tayfaları arasında islamın təbliği sayəsində böyük islər görmüş oldu. Yəsəvii dərvişləri Dəşti Qıpçaq(indiki cənub şərqi Rusiya) çölündən Cənubi Qafqaza köç etmiş qıpçaqar arasında islam dinini yaymağa müvəffəq olmuşlar. Yunus Əmrənin də bu fəaliyyətdə böyük rolu olduğu ehtimal olunur”
Ayrı -ayrı sufi təriqətlərinə məxsus zaviyələr və xanəgahların fəaliyyəti nəticəsində bu mərkəzlər Azərbaycan və Anadoluda türklərinin dini dünya görüşünə böyük təkan vermiş oldular.
Süfilər orta əsr islam dünyasında ənənəvi islamdan fərqli olaraq kütlələr arasında dini-fəlsəfi və ədəbi mühit yaratmaqla türklərə məxsus şamançıliq dinini də öz içinə alaraq daha mütərəqqi maariflənmə yoluna qədəm qoydular.
Orta əsr tarixçiləri Avropadan gələn səlibçi ordularına qarşı silahli dərvişlərdən ibarət müstəqil birləşmələrin ilahilər oxuyaraq döyüşə qatıldıqlarını yazirdılar.
İslam-türk dünyasının mütəfəkkirləri
sayılan Şeyx Əhməd Yasəvi, Cəlaləddin Rumi, Şeyx Bəktaş Vəli, Seyid Yahya Bakuvi və digərləri tarixin sonrakı dovrləri ücün bir nümunə oldular.
Öz şeirləri ilə bu intibah dövrünə yön verən böyük şairimiz İmadəddin Nəsiminin də Yunus Əmrə kimi türk ədəbiyyatı və şeirinə verdiyi töhvə müasir ədəbiyyatımızın məhək daşına çevrildi.
Şahmərdan Əhmədli
