Millət Vəkili 3 saylı xüsusi internat məktəbini ziyarət etdi

-“Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbində olduq və müəssisənin fəaliyyəti ilə yaxından tanış olduq.

Səfər çərçivəsində burada yaradılmış şərait, uşaqlara göstərilən sosial, psixoloji və reabilitasiya xidmətləri, eləcə də onların inkişafı istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat aldıq”.

Millət vəkili bildirib ki, “Müəssisədə görülən işlərin uşaqların cəmiyyətə inteqrasiyasına, sosial bacarıqlarının formalaşmasına və gələcəyə inamla baxmalarına mühüm töhfə verdiyinin şahidi olduq.

Müəssisədə təşkil olunan müxtəlif yaradıcılıq və inkişaf proqramları ilə tanış olduq, uşaqlarla səmimi görüş keçirdik və onların düşüncələrini dinlədik. Onların həyata bağlılığı, öyrənmək həvəsi və gələcəyə olan ümidləri hər birimizdə xoş təəssüratlar yaratdı”.

Ceyhun Məmmədov vurğulayıb ki, “Düşünürəm ki, cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biri xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən münasibətdir. Bu baxımdan sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, yaradıcılıq və özünüinkişaf imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

O əlavə edib ki, “ölkəmizdə bu istiqamətdə həyata keçirilən dövlət siyasəti və sosial layihələr sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasına, onların cəmiyyətə daha fəal inteqrasiyasına və bərabər imkanlardan istifadə etmələrinə xidmət edir”.

Ceyhun Məmmədov onu da qeyd edib ki, “Belə müəssisələrin fəaliyyəti təkcə sosial xidmətlə məhdudlaşmır, eyni zamanda mərhəmət, humanizm və həmrəylik dəyərlərinin cəmiyyətimizdə daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Bu kimi görüşlər bir daha göstərir ki, uşaqlarımızın hərtərəfli inkişafı, onların xoşbəxt və layiqli gələcəyinin təmin olunması hər birimizin ortaq məsuliyyətidir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın