İsrail casusları Trampın ailəsinə də sızıblar

Tramp 2025-ci ilin yanvarında təyin etdiyi təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu da cəmi 3 ay sonra vəzifəsindən casusluq etdiyinə görə çıxartmışdı.

ELAZ.İNFO xəbər verir ki, mətbuatın yazdığına görə, Trampa məlum olmuşdu ki, Uoltsun Netanyahu ilə Trampdan xəbərsiz yazışmaları olub. Uolts Netanyahuya söz verib ki, Trampı husilərlə, sonra isə İranla müharibəyə başlamağa, onun nüvə mərkəzlərini bombalamağa məcbur edə biləcək. Yazılanlara görə, Tramp Uoltsa qəzəblənərək deyib ki, sənin prezidentin mənəm, yoxsa Netanyahu?..

MKİ də Pentaqonun kəşfiyyatı ilə həmrəydir. MKİ uzun müddətdir ki, İsrail lobbisinin fəaliyyətini narazılıqla izləyir. Con Redkliff (MKİ-nin direktoru) əvvəldən ABŞ-ın İrana qarşı Netanyahu avantürasına qoşulmasının əleyhinə idi.

Pentaqon və MKİ indi İsrailə qarşı əks-kəşfiyyat əməliyyatları aparmaq məcburiyyətindədirlər. İsraillə bir çox rəsmi kanallar vasitəsilə məlumat mübadiləsi məhdudlaşdırılıb. ABŞ rəsmilərinə İsraildə son dərəcə ehtiyatlı olmaq tövsiyə olunur. İsrailə gedən rəsmilər Çindəki kimi özləri ilə birdəfəlik telefon götürürlər, heç bir kompyuter və məlumat daşıyıcısı götürmürlər.

Amma məncə, bunlar faydasızdır. İsrail casusları hətta Trampın ailəsinə də sızıblar. Pentqonun başçısı, dövlət katibi, Tramp administrasiyasındakı rəhbər vəzifələrdə olanların əksəriyyəti sionistlərdir. ABŞ və İsrail varlıq və kölgə kimidir – kölgə ilə mübarizə aparmaq mənasızdır. Düzdür, hansının varlıq, hansının kölgə olduğu hələ də tam aydın deyil.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın