Sevgilisini döydüyünə görə ittiham olunur

İdman gimnastikası üzrə Avropa çempionatlarının mükafatçısı Sabrina Voynya Rumıniyanın kişi millisinin üzvü olan sevgilisi Şerban Kotilranı döyməkdə ittiham edilir.

ELAZ.İNFO xəbər verir ki, hadisə barədə Rumıniyanın “Golazo” idman portalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, hadisənin baş verməsinə idmançının sevgilisindən aldığı imtina cavabı səbəb olub: Şerban Kotilran gimnast qızla birlikdə vaxt keçirməkdən imtina edib və bu, Sabrina Voynyanı qəzəbləndirib. Hirsini boğa bilməyən 19 yaşlı gimnast sevgilisinin üzünə yumruqla bir neçə zərbə endirib. İnsident zamanı zərərçəkmiş idmançının müqavimət göstərmədiyi bildirilir.

Hadisənin baş verdiyi idman kompleksində təhlükəsizlik kameralarının quraşdırıldığı və faktın qeydə alındığı qeyd olunur. Zərərçəkmiş Şerban Kotilran hadisədən sonra Milli Məhkəmə Tibb İnstitutuna müraciət edib və polisə rəsmi ərizə yazıb. O, məhkəmə-tibbi ekspertizasının rəyini aldıqdan sonra növbəti addımları barədə yekun qərar verəcəyini bildirib. Rumıniya Gimnastika Federasiyasının prezidenti Ioan Suçiu məsələ ilə bağlı kəskin mövqe nümayiş etdirib: 19 yaşlı Sabrina Voynya karyerası ərzində Avropa çempionatlarında iki gümüş və bir bürünc medal qazanıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın