ELAZ.İNFO xəbər verir ki, Tramp Pakistan, Türkiyə, Qətər və S.Ərəbistanından dərhal İbrahim sazişini imzalamağı tələb edir ki, Netanyahuya “rüşvət” kimi təqdim etsin, əvəzində isə Netanyahu Trampın İranla atəşkəs imzalamasına mane olmasın.
Amma bu ölkələrin heç biri İsraillə saziş bağlamaq istəmir. Hətta Pakistan Trampın tələbinə sərt şəkildə etiraz edib.
Pakistanın müdafiə naziri Xavaca Asif:
-“Biz prinsiplərimizə zidd olan hər hansı razılaşmaya qoşulmaqdan imtina edirik. İsrailə bir gün belə etibar etmirik. Nahaq yerə deyil ki, Pakistan pasportu İsrail adını qəbul etmir”.
Asif ŞƏFƏQQƏTOV
