17 yaşında Nobel mükafatını alan müsəlman qız

ELAZ.İNFO xəbər verir ki, Pakistanda Məlalə qadınların təhsil hüquqları uğrunda mübarizə aparan bir qız idi.

Onu öldürmək üçün çox cəhdlər olur. Onlardan biri isə 15 yaşında olarkən, həyatında aldığı ən dəhşətlisidir. Şagirdləri evə aparan avtobusu maskalı və silahlı adamlar saxlayırlar. Silahlılardan biri avtobusuna daxil olaraq, kimin Məlalə olduğunu soruşur. Şagirdlərdən biri əli ilə Məlaləni göstərir. Silahlı şəxs hər iki qıza atəş açaraq hadisə yerini tərk edib. Güllə yetkinlik yaşına çatmamış Məlalənin başından və boynunda keçərək çiynindən çıxır. Onun arxasında oturmuş 2 qız da ağır yaralanır. O günlərdə Taliban qruplaşmasının nümayəndəsi İhsanulla İhsan hücuma görə məsuliyyətin Talibana aid olduğunu bəyan edir və Məlaləni “kafirliyin və əxlaqsızlığın təcəssümü” adlandırır. Onun sözlərinə görə, əgər Məlalə sağ qalarsa, Taliban ona qarşı yenidən sui-qəsd törədəcək.
Məlalənin “günahı”ı və Talibanın qəzəbinə tuş gəlməsinə səbəbi məktəbə getməyə cürət etməsi və hələ 11 yaşında ikən Taliban rejiminin nəzarəti altında olan bölgədəki yaşayışı və eləcə də Talibanın vəhşilikləri barədə BBC kanalı üçün yazdığı bloq olur.
Komada olan qızın yaşamasına ümid demək olar ki, yox idi. Həkimlər əllərini ondan tamam üzmüşdülər. Amma həyatda möcüzə də olur. Bir qədər özünə gələndən sonra onu təcili Böyük Britaniyanın ən yaxşə xəstəxanalarından biri olan Birmingemə aparırlar.
Sağaldıqdan sonra, Məlalə tanınmış təhsil fəalı olur. Birminhem şəhərində yerləşərək, qeyri-kommersiya təşkilatı olan Məlalə Fondunu yaradır və 2013-cü ildə beynəlxalq bestseller olan “Məlalə Mənəm” kitabının müəllifi olur. 2012-ci ildə o, Pakistanın ilk Milli Gənclik Sülh mükafatına, 2013-cü ildə Saxarov Mükafatına layiq görülür. 2014-cü ildə Hindistanlı uşaq müdafiəçisi Kailaş Satiarti ilə birlikdə uşaqlara və gənc insanalara qarşı mübarizəyə və uşaqlar təhsil almaq hüququ uğrunda fəaliyyətlərə görə Nobel Sülh Mükafatına layiq görülür və 17 yaşında ən gənc laureat olur.
BMT Məlalənin doğum günü olan 12 iyul tarixini Məlalə günü elan edir və Məlaləni hər bir qızın təhsil almaq hüququnun “qlobal simvol”u kimi təqdim etmişdir. Həmin gün bütün uşaqlar üçün təhsil ideyasını təcəssüm etdirməlidir.
Məlalə günü ilk dəfə 2013-cü il 12 iyul tarixində Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilmişdir.
Məlalənin BMT-dəki çıxışı aşağıdakı sözlərlə yadda qalmışdır:
“Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur.”

Aydan

Bizi izləyin və paylaşın