Basketbolsevərlərin həyəcanla gözlədiyini mövsümün ən böyük qarşıdurması reallaşır. Bu il NBA Finallarında San Antonio Spurs və New York Knicks komandaları çempionluq üzüyü uğrunda mübarizə aparacaqlar.
ELAZ.INFO xəbər verir ki, seriyanın ilk qarşılaşması (Game 1) iyunun 3-də baş tutacaq. Bu final həm də cari mövsümün maraqlı bir təkrarı olacaq. Belə ki, komandalar bu mövsümün “NBA Kuboku”nun (NBA Cup) finalında da qarşı-karşıya gəlmişdilər. Həmin gərgin keçən kubok oyununda “Knicks” rəqibini 124-113 hesabı ilə məğlub edərək titula sahib çıxmışdı. “Spurs”un bu dəfə qisas alıb əsas çempionluğu qazanacağı, yoxsa “Knicks”in uğurunu təkrarlayacağı idman ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.
Ruslan MƏMMƏDOV
