Ukrayna birinci rübdə 2,4 milyard avroluq tranş üçün Aİ-nin altı şərtini yerinə yetirməyib

Ukrayna 2026-cı ilin birinci rübündə “Ukraine Facility” proqramı çərçivəsində 2,4 milyard avro məbləğində növbəti maliyyə tranşını almaq üçün Avropa İttifaqının (Aİ) müəyyən etdiyi altı şərti yerinə yetirə bilməyib.

ELAZ.INFO xəbər verir ki, bu barədə məlumat Ukrayna hökumətininn tanış olduğu hesabat sənədlərində yer alıb. Məlumata görə, Kiyev xüsusilə insan resurslarının idarə edilməsi üzrə informasiya sisteminin işə salınması tələbini yerinə yetirməyib. Bununla yanaşı, kiçik və orta biznes müəssisələrinin müflisləşməsi zamanı prosedurların sadələşdirilməsinə dair qanunvericilik, habelə rəhbər vəzifələrə prokurorların şəffaf seçilməsini təmin edən qanun qəbul edilməyib. Yerinə yetirilməyən digər şərtlər sırasına dövri iqtisadiyyat prinsiplərinin tətbiqi strategiyasının qəbul olunmaması, dövlət hakimiyyəti ilə yerli özünüidarəetmə orqanları arasında səlahiyyətlərin bölünməməsi və mühəndislik şəbəkələrinə qoşulma məsələləri üzrə qanunvericiliyin təsdiqlənməməsi daxildir.

Ukraynanın dövlət büdcəsi artıq bir neçə ildir ki, rekord səviyyəli kəsirlə formalaşdırılır. Kiyev rəsmiləri ölkənin daxili resurslarının tamamilə tükəndiyini və hər dəfə yeni vəsait tapmağın daha da çətinləşdiyini etiraf edirlər. Qərb tərəfdaşları isə öz növbəsində Ukrayna hakimiyyətindən vergi qanunvericiliyindəki dəyişikliklər də daxil olmaqla, yeni daxili maliyyələşmə mənbələri tapmağı tələb edirlər.Ukraynanın keçmiş baş naziri (2010–2014) Nikolay Azarovun qeyd etdiyi kimi, qərbin kredit dəstəyi olmasa, Ukrayna bir dövlət olaraq mövcudluğunu dayandıracaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın