Sizlərə maraqlı bir arxeolji tapıntı təqdim edirəm. Sasanilər dövrünə aid rəsmi sənədləri və bağlamaları möhürləmək üçün istifadə olunan BULLA adlanan gil basqıdır. Üzərində yazılıb:
“”Dariuš ī Ādurbādagān āmārgar” — Azərbaycanın vergi yığıcısı- Dariuş”
Pəhləvi dilində āmārgar vergi yığıcısı və ya xəzinədar mənasını ifadə edir.
Qeyd edim ki, Sasanilər dövrü rəsmi möhürlərinin demək olar ki, hamısında yazının başlanğıcında və ya sonunda dindarlığı və dövlətə sadiqliyi ifadə edən qısa pəhləvi formulları yazılırdı. Mənbələrdə qeyd edilən və mənim üçün maraqlı olan ikisini yazıram:
“Güvəncim Tanrıyadır” və “Ədalət”
Bu tapıntının yerləşdiyi muzeyin rəsmi səhifəsi:
https://barakatgallery.eu/search/?search=Sasanian+Bulla
Məhz buna görə də mütəxisslər qeyd edirlər ki, Bulla üzərində belə sözlər var:
“Daruş Azərbaycanın vergi yığıcısı, Tanrıya güvənir”
Bu titul xüsusilə Dərbənddəki tarixi Sasani dövrü Pəhləvi kitabələrində ( Bax: 29 nömrəli kitabə) qeyd olunur. Həmin kitabələrdə adı çəkilən Dariuş adlı şəxs məhz Azərbaycanın vergi yığıcısı olaraq xatırlanır.
Mənbə təsdiq edir ki, Dəmir qapı Dərbəndin istehkamlarının inşası və maliyyələşdirilməsi birbaşa Azərbaycan maliyyə idarəsi tərəfindən həyata keçirilib. Azərbaycanın hərbi mərkəzə çevrilməsi və regionda yerləşən Azərgüşnasp məbədinin ideoloji rolu da xüsusilə yazıda qeyd edilir.
Avestanın “Zand-i Vahman Yasn” və “Bundahişn” qatlarında yazılır:
“Azərgüşnasp atəşi Azərbaycan torpağında taxtındadır”
Məlumat üçün bildirim ki, Sasanilər zamanında dilin təkamülü nəticəsində “Atropatena” adı pəhləvi dilində “Ādurbādagān” formasına düşüb.
Xosrov Ənuşirvanın hakimiyyət illərində böyük bir imperiyanı idarə etməyi asanlaşdırmaq üçün ölkəni 4 böyük hərbi-inzibati nahiyəyə böldü. Həmin 4 vilayətdən biri rəsmi olaraq belə adlanırdı:
“Kust-ī Ādurbādagān “-Tərcüməsi: “Azərbaycan canişinliyi” demək idi.
Qeyd edim ki, İndiki İraq-İran sərhədinə yaxın Süleymaniyə bölgəsində tapılan kitabə də bura gələn və yeni şahı tanıyan rəsmi canişinlərin adlı siyahısı verilir. Həmin rəsmi siyahıda Azərbaycan satrapı və onun dövlətdəki ali diplomatik statusu ayrıca sənədləşdirilib.
Sasanilərin Bizans imperiyası ilə imzaladığı eramızdan öndə 298-ci il Nisibis sülh müqaviləsində də maraqlı fakt var. İlk illərdə bu coğrafiya Atropatene şəkli qorunsa da, VI əsrin ortalarından etibarən diplomatik yazışmalarda rəsmi Sasanilər mərkəzi aparatının dilinə uyğun olaraq “Adorbadigan” və ya “Adurbagan” kimi yazılmasına rast gələ bilərik
Azərbaycan vilayətinin zərbxanalarında kəsilən pulların üzərində pəhləvi qrafikası ilə “ĀD” və ya “ĀTUR” abbreviaturası həkk olunurdu ki, bu da birbaşa dövlət maliyyə sistemində pulların dövriyyəsinin məhz Ādurbādagān xəzinəsi vasitəsilə tənzimləndiyini göstərir.
Mənbələr isbat edir ki, “Azərbaycan” adı təkcə Dariuş kimi maliyyə məmurlarının sənədlərində deyil, birbaşa imperiyanın rəsmi möhüründə və hərbi sərəncamlarında əsas titul kimi keçir.
Zaur Əliyev
Prof.Dr.
