Qloballaşan, sürətlə qütübləşən, yeni dünya nizamının qurulması prosesinin getdiyi bir dünyada, qanlı müharibələr, diplomatiya, siyasi və informasiya müharibələrinin getdiyi bir dünyada, Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının zirvə toplantısının keçirilməsi, olduqca böyük siyasi və geosiyasi məna yükü daşıyan hadisədir. Türk dünyası olduqca zəngin və qədim bir sivilizasiyadır. Bu sivilizasiya çox potensial bir güc mərkəzidir. Türk sivilizasiyasını aktiv güc mərkəzi fazasına keçirib, siyasi və geosiyasi müstəviyə yüksəlməsi istiqamətində bu zirvə görüşü, olduqca böyük hadisədir. Bu zirvə görüşü Türk Dövlətləri Təşkilatının nüfuzunun və gücünün artmasına birbaşa xidmət edən hadisədir. Bu hadisənin əhəmiyyətini daha aydın anlamaq üçün, bu gün və tarixdə güclərin mübarizəsinə və bu mübarizənin Türk dünyasına olan təsirinə çox qısa nəzər salaq. Təxminən 200 il əvvəl böyük hökmdarlar Çingiz xanın və Əmir Teymurun nəvəsinin Hindistana hökmranlıq etdiyi Babur Türk dövləti açıq hücumla yox, siyasi yolla zəiflədib işğal etdilər. Sonra üzlərini Azərbaycan xalqının qurduğu Qacarlara və Osmanlı dövlətlərinə tutdular və məkirli siyasətlə onları da yox etdilər. Müasir Rusiya ərazisində olan Türk dövlətlərini və Orta Asiyada Türküstan dövlətlərini Rusiya bir-bir yox etdi. Türk dövlətlərini özlərinə birinci rəqib görən böyük dövlətlər bir-bir xain siyasətlə Türk dövlətlərini yox ediblər ki, daha böyük ərazilərə hökmranlıq etsinlər. Bu geosiyasi müharibələrin postulatlarıdır. Bu gün də bu qanunlar davam etməkdədir. Tarixdə Türk dövlətlərini yox edən həmin dövlətlərin varisləri, bu gün bu siyasəti davam etdirərək öz aralarında rəqibliyi davam etdirirlər. Sadəcə bu siyasətlərini müxtəlif sözlərlə, beynəlxalq qanunlarla pərdələyirlər. Bu gün İsrail -Fələstin, ABŞ, İsrail- İran, Rusiya-Ukrayna müharibələrini də aparan, tarixdə Türk dövlətlərini yox edən güc mərkəzlərinin varisləridir. Xarici görüntülər və bəhanələr dəyişsə də, siyasətlərinin mahiyyəti dəyişməyib, eyni ilə olduğu kimi qalıb. ABŞ prezidentinin Çinə səfəri və sonra da Rusiya prezidetinin Çinə səfəri ənənəvi ABŞ, İngiltərə, Rusiya geosiyasi mübarizəsinin davamıdır. Bu rəqiblərin mübarizəsi nəticəsində Çin nəhəng iqtisadiyyatı olan dövlət olub. Çini hərə özünə dost etmək üçün və ya heç olmasa geosiyasi mübarizədə neytrallığını saxlamaq üçün Rusiya, ABŞ, qərb mübarizədədir. Bu iki rəqibin geosiyasi mübarizəsinin nəticəsi olaraq böyük Qacarlar dövlətimiz Ermənistana və İran adlı fars dövlətinə (rejiminə 101 ildir) çevrilib. Bu gün də İranı öz tərəfinə çəkmək uğrunda bu iki rəqib inadla müharibə aparmaqdadır.
Əgər Türk dünyası birləşib Türk Dövlətləri Təşkilatını güc mərkəzi səviyyəsinə yüksəltməsə, ayrı-ayrı Türk dövlətləri, bu gün hökmranlıq edən güc mərkəzlərinin icazə verdiyi həddə “müstəqil” və onların icazə verdiyi həddə güclü olacağıqlar. Türk dövlətləri bu güc mərkəzlərinin hər hansı birinin subyekti olub, onların böyük siyasətinə xidmət etməyə məcbur olacaqlar. Bütün bu alçaldıcı hadisələrin olmaması üçün, yenidən Türk dövlətlərinin yox olmaması üçün, Türk dünyasının haqlarını və hüquqlarını etibarlı qorumaq üçün, dünyada xeyir qüvvələrin güclənməsi üçün, sülhün uzun müddətli olması üçün böyük dövlət adamı Ulu Öndər Heydər Əliyevin ideyası ilə 2009 cu ildə Türk Dövlətləri Şurası yaradıldı. Böyük Türan birliyinin əsası qoyuldu! TURAN-Türk dünyasının federatif birliyi olmalıdır! TDT yeni dünya nizamının qurulması prosesində öz mövqeyini bildirməlidir. Dünyanın yeni tarazlıq sistemində Türk dünyası mövqeylərini subyekt olaraq müəyyən etməlidir! Bu, bütün Türk dövlətlərinin geostrateji hədəfidir! Qazaxstanın Tüküstan şəhərində TDT-nın zirvə görüşündə Prezident İlham Əliyev çıxışının sonunda bəyan etdiyi fikir, bütün həmkarlarına və bütün Türk dünyasına bir çağırışdır. “Əziz dostlar, ailəmiz olan Türk dünyası 21-ci əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir! Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi naminə səylərini əsirgəməyəcək.”
Tahir Ələkbərov
