PUA – lar Moskva və Moskvaətrafı sakinləri bir balaca təlaşa salıb

ELAZ.İNFO xəbər verir ki, bu gecə Ukrayna Ordusu Rusiyanın Ukrayna şəhərlərini hədəf almasına cavab verib.

Solneçnoqorsk neft kəməri PUA “gəlişdən” sonra dəhşətli şəkildə yanır.

V. Zelenskiy hadisələrə belə münasibət bildirib:

Axşam müraciətində Volodimir Zelenskiy deyib ki, ruslar qonşu ölkələrin həyatını dağıtmağa çalışmaq əvəzinə, öz neft emalı zavodları, neft bazaları və müəssisələri barədə düşünməlidirlər.

Sözardı: “Ximki-yə də kütləvi hücum olub.
Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, sakin bu hücumu özünəməxsus tərzdə şərh edərək, sarkazmla deyir : —
“Amma heç olmasa qonşularla nəhayət tanış olduq.”
Kim düşünərdi ki, Ukrayna pilotsuz aparatları rusların sosiallaşmasına bu qədər “müsbət” təsir edəcək?”

Aydan

Bizi izləyin və paylaşın