ELAZ.İNFO xəbər verir ki, Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin TDT-nin nüfuzunun möhkəmləndirmək üçün böyük səylərlərindən danışıb.
Prezident Şavkat Mirziyoyev bu səylərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Özbəkistan Prezidenti bunu Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Təşkilatımızın nüfuzunu və birliyini möhkəmləndirmək yönündə böyük səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmərəli sədrliyə görə səmimi minnətdarlığımı ifadə edirəm”, – deyə Şavkat Mirziyoyev qeyd edib.
Natəvan Bəydili
