ELAZ.İNFO BBC-yə istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian özünün teleqram kanalında müharibənin gələcəyinin məlum olmadığını deyib. Yusif Pezeşkian “ən pis ssenariyə hazır olmağı” tövsiyə edib.
Yusif Pezeşkian bildirib ki, “savaşın İsrail, Rusiya və Çin savaşın qazanan tərəfləridir. ABŞ və İran isə bu və ya digər dərəcələrdə müharibəni uduzublar”.
Qeyd edək ki, Yusif Pezeşkian İran prezidentinin müşaviridir. İran mətbuatı və əlaqədar dairələr onu pantürkist olmaqda və eyni zamanda türk dövlətləri ilə əlaqə qurmaqda ittiham edirlər. Yusif Pezeşkianın pantürkist ideyalarına görə atasına, Məsud Pezeşkiana da təsir etməsi İranın gündəmində olan söhbətlərdəndir.
İlahə BAYINDIR
