Mark Tvenin ağıllı yöntəmi

ELAZ.İNFO

Mark Tven çox fikirli idi. Çünki yüksək vəzifədə işləyən yaxın bir dostu vəzifəsindən azad edilmişdi. Mark Tven həmin axşam oturub prezidentin qızına belə bir məktub yazır: “Hörmətli xanım! Mən dövlət böyüklərindən heç vaxt heç nə xahiş etmirəm. Ancaq bu səmimi məktubumda baş vermiş bir haqsızlığı sizə xəbər verməkdə də bir qəbahət görmürəm”.
Daha sonra məşhur yazıçı ən yaxşı dostunun (həm də ən yaxşı dövlət məmurunun) vəzifəsindən azad edilmısindən danışır və ən axırda da öz məktubunu aşağıdakı cümlələrlə bitirir:”Mən prezidentlə danışa bilmərəm. Ancaq siz həm prezidentlə danışa, həm də mənim fikirlərimi ona çatdıra bilərsiniz. İnanın, əgər bunu etsəniz, sizdən çox razı qalaram”.
Bir neçə həftə sonra Mark Tven ABŞ prezidentindən öz xətti ilə belə bir məktub alır:”Qızım məktubunuzu aldığını sizə bildirməyimi xahiş edir və məktubu prezidentə oxutmaq cəsarətini göstərdiyini əlavə edir. Prezident də verdiyi bu mühüm məlumat üçün cənab Mark Tvenə təşəkkürünü bildirir və dostunuzun vəzifəsindən azad edilməyəcəyi barədə söz verir”.
Burada maraqlı olan məsələ heç də Mark Tvenin prezidentin qızına məktubu və prezidentin ona cavabı deyildi. Məsələ burasında idi ki, o vaxt ABŞ prezidentinin qızının heç hələ 1 yaşı da tamam olmamışdı.

Aydan

Bizi izləyin və paylaşın