Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
ELAZ.İNFO xəbər verir ki, Masallı rayonunun Hacıtəpə kənd sakini Hüseynov Ənvər Hüseyn oğlu bir neçə gün əvvəl döyüşdə vəfat edib.
Aldığımız məlumata görə Ənvər Hüseynov Rusiya Silahlı Qüvvələrinin tərkibində hərbi əməliyyatlarda iştrak edib.
Mərhumun nəşi Rusiyadan gətirilərək Masallıda torpağa tapşırılıb.
Günel GÜNTAC

