Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti uğurlu əməliyyat tədbirlərini həyata keçiriblər.
ELAZ.İNFO xəbər verir ki, keçirilən əməliyyatlar nəticəsində narkokuryerlikdə şübhəli bilinən 6 nəfər saxlanılaraq istintaqa cəlb olunub. İndi narkotiklə mübarizəni sadəcə hüquq-mühafizə orqanlarının vəzifəsi hesab edənlər bir məqama diqqət etsinlər ki, dövriyyədən çıxarılan 54 kiloqram narkotik vasitə minlərlə gəncin həyatının xilası və cəmiyyətin sağlam gələcəyi deməkdir.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Polis əməkdaşları tərəfindən narkotiklərin ölkəyə gətirilmə yollarının və satış şəbəkəsinin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ruslan Məmmədov
