İrana endirilən gündəlik zərbə sayı

ACLED-in infoqrafikinə əsasən, 7 apreldə ABŞ-İsrail cütlüyü İrana azı 135 zərbə endirib. Bu müharibə başlayandan (28 fevral) İrana endirilən ən böyük gündəlik zərbə sayıdır.

ELAZ.İNFO xəbər verir ki, Müharibənin əvvəlindən cütlük İrana 3000-dən artıq, o cümlədən Tehrana – azı 934, İsfahana – 246, Xormazqana – 215 və Xuzestana – 185 zərbə endirib.

İndi cütlüyün təyyarələrinin İran səmasına daxil olduğuna inananlar bir məqama diqqət etsinlər.

Apardığm araşdırmalara görə Vyetnamda 11 günlük “Linebacker II” əməliyyatı zamanı yalnız B-52-lər ölkəyə 85.000 (!!!) zərbə endirmişdi. Başqa sözlə, Vyetnama İranla müqayisədə 3 dəfə az müddətə azı 30 dəfə çox zərbə endirilmişdi.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın