Bu gecə (ABŞ-da dünən) Ağ Evdə pastorlar Administrasiya üzvləri ilə birlikdə Tramp üçün kollektiv dua ediblər:
-“Biz dua edirik ki, səmavi müdriklik onun ürəyini və zehnini doldursun və Sən, Allahım, bu gün qarşılaşdığımız çətin zamanda ona yol göstərəsən. Sənin lütfün və onu qoruman, eləcə də qoşunlarımız, silahlı qüvvələrimizdə xidmət edən bütün kişilər və qadınlar üçün dua edirəm. Və, Ata, biz dua edirik ki, Allahın nəzəri altında yenidən vahid – bölünməz, hamısı üçün azad və ədalətli bir xalq olduğumuz bir zamanda prezidentimizə böyük millətimizi irəli aparmaq üçün tələb olunan gücü verməkdə davam edəsən.”
Sanki 931 il əvvəl papa II Urbanın ilk səlib yürüşünə çağırışını eşidirsən. Bu dəfə də hədəf Qüdsdür, lakin ona gedən yol İrandan keçir.
Hegel deyirdi ki, tarix iki dəfə təkrarlanır – birinci dəfə faciə, ikinci dəfə məzhəkə kimi.
Asif ŞƏFƏQQƏTOV