Tümen hava limanında kütləvi gecikmələr: 9 reys təxirə salındı və ya ləğv edildi

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Tümen şəhərində yerləşən “Roşşino” beynəlxalq hava limanında ciddi uçuş problemləri yaranıb. “Utair”, “Pobeda” və “Yamal” aviaşirkətlərinə məxsus ümumilikdə doqquz reys ya ləğv edilib, ya da saatlarla gecikmə ilə icra olunur.

Hava limanının onlayn tablo məlumatlarına əsasən, sərnişinlər həm daxili, həm də beynəlxalq istiqamətlərdə çətinliklərlə üzləşiblər. Əsas gecikmələr aşağıdakı kimidir:

Pobeda aviaşirkətinin Moskvaya gedən və Moskvadan gələn reysləri tamamilə ləğv edilib.Tümen-Daşkənd reysi 7 saatdan çox, Xücand (Tacikistan) reysi isə 9 saata yaxın gecikir. Krasnodardan gələn təyyarənin enişi demək olar ki, bir sutka, Soçidən gələn reyslər isə 15 saat yubanır.

Xantı-Mansiyskdən gələn təyyarənin uçuş vaxtı 2 saatdan çox, Daşkənddən qayıdan reysin vaxtı isə 8 saatdan artıq dəyişdirilib. Hazırda hava limanında sərnişinlərə lazımi xidmətlərin göstərilib-göstərilmədiyi və gecikmələrin dəqiq səbəbi (hava şəraiti və ya texniki nasazlıq) barədə rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, bəzi reyslərin demək olar ki, 24 saat yubanması sərnişinlər arasında gərginliyə səbəb olub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights