Analizlər qaydasında olsa da, milyonlarla insan özünü xəstə hiss edir: Səbəb nədir?

ELAZ.İNFO xəbər verir ki, tibbi statistika olduqca düşündürücü bir faktı ortaya qoyub: həkimə müraciət edən xəstələrin 15-30 faizində simptomların səbəbini analizlərlə izah etmək mümkün olmur. İnsan özünü pis hiss etsə də, müayinələr heç bir patologiya göstərmir.

Nevroloq Əli İsmayılovun verdiyi məlumata görə, bu vəziyyət “funksional pozuntu” adlanır. Bu zaman orqanın strukturunda zədə olmasa da, onun işləmə mexanizmində (funksiyasında) problem yaranır. Gərginlik tipli baş ağrıları; Qıcıqlanmış bağırsaq sindromu; Xroniki yorğunluq sindromu; Boğazda “kürə” (kom) hissi; Ürəklə bağlı olmayan sinə ağrıları.

Araşdırmalar göstərir ki, bu problemlərin kökündə dayanan əsas amil stressdir. Stress mədə-bağırsaq traktının motorikasını dəyişir, immun sisteminə təsir edir və mərkəzi sinir sisteminin ağrıya qarşı həssaslığını artırır. Nevroloq vurğulayır ki, belə xəstələrin diaqnozunda analizlərdən daha çox həkimlə səmimi söhbət önəmlidir. Simptomların emosional vəziyyətlə, yuxu rejimi və stresslə əlaqəsi xəstəliyin əsl mahiyyətini üzə çıxarır. Bir çox hallarda bu xəstələr illərlə yanlış müalicə aldıqdan sonra düzgün diaqnoza çatırlar.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights