1 milyon 854 min 370 manat olan iki müqavilə bağlayıb

ELAZ.İNFO

ELAZ.İNFO Meydan TV-nin iddealarına görə xəbər verir ki Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsilinin İnkişafı Fondu “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə ümumi dəyəri 1 milyon 854 min 370 manat olan iki müqavilə bağlayıb.

Müqavilələrdən biri 1 milyon 135 min 750 manat dəyərində olub və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun qısamüddətli təlimlərin təşkili ilə bağlıdır.

Digər müqavilə isə 718 min 620 manat məbləğindədir və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində peşə hazırlığı üzrə qısamüddətli təlim kurslarını əhatə edir.

Hər iki satınalma “bir mənbə” metodu ilə həyata keçirilib. “Bir mənbədən” satınalma rəqabət proseduru keçirilmədən birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC-nin qanuni təmsilçisi kimi Axundov Emin Əlövsət oğlu göstərilib.

Reyestr məlumatlarının dəyişiklik tarixçəsində isə şirkətin Vüsal Tərlan oğlu Xanlarov tərəfindən təsis edildiyi qeyd olunur. Qanuni təmsilçilərdən biri kimi Samir Qaçay oğlu Məmmədovun adı da sənədlərdə yer alıb.

Vüsal Xanlarov hazırda Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisidir. O, bu vəzifəyə 2018-ci ilin fevralında təyin edilib.

Vüsal Xanlarov və Rəşad Xanlarov qardaşdırlar və “VORX” MMC-nin təsisçiləri kimi göstərilirlər. 2010-cu ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manatdır. Rəşad Xanlarov hazırda Elm və Təhsil Nazirliyində Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiridir. O, bundan əvvəl Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Şirkətin rəsmi sənədlərində qanuni təmsilçi kimi qeyd olunan Samir Məmmədov isə 2022-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir. O, 2008–2017-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights