İranda baş verən hadisələr bizi kədərləndirir. İran bizə yad ölkə deyil. İran 101 il əvvəl məqsədli olaraq, məkirli siyasətlə farslaşdırıln tarixi Azərbaycan dövlətidir! Azərbaycan xalqının və ərazisinin böyük hissəsi İran adlanan dövlətin sərhədləri daxilindədir. İranın sərhədlərini də Azərbaycan xalqının tarixi dövlətləri əsrlərlə qoruyub, müdafiə edib, formalaşdırıb, dünyaya qəbul etdirib. Sadəcə böyük güclər öz geosiyasi maraqları üçün ölkədə hərbi nazir olan mehtər oğlu mehtəri yaxşı nökərçillik etdiyinə görə dəstəkləyərək Qacarlar dövlətində hərbi nazir səviyyəsinə yüksəldiblər. Daha sonra souncu Sultan Əhməd şah Qacara xəyanət edərk məxməri inqilab edib, mehtər işləmiş Rzanı özləri üçün “şah” təyin etdilər.
1925-1936 cı illərdə dövlətin adını “Birəşmiş əyalətlər” kimi qoydular. Qacarlar kimi saxlaya bilməzdilər. Çünki Qacarlar Azərbaycan Türklərinin dövləti idi. Daha sonra bizim tarixi öyrənən İngiltərə İmperiyası Rza “şaha” əmr etdi, o da bir fərmanla dövlətin adını ilk dəfə rəsmi olaraq “İran” kimi qoydu. İran adlı millətci rejim belə yaradıldı. Sadəcə ideoloji və informasiya siyasətini elə davamlı, ardıcıl və elə hiylə ilə aparılırdı ki, farslara elə saxda tarix yazdılar ki, əsas gerçək tarix kölgədə qaldı. Bu rejim əvvəl İngiltərə sontra ABŞ, İngilttə, qərb güc mərkəzinin təsir zonasında olaraq onun geostarteji siyasətinə uyğun xarici siyasət aparırdı. ABŞ, İngiltərə, qərbin Qacarlar dövləti istiqamətində də ənənəvi rəqibi olan Rusiya, hər zaman öz imkanlarından istifadə edərək yaradılan fars millətci İran rejimini öz təsiri altınma salmaq üçün daim siyasət aparıb. ABŞ, İngiltərə, qərb və Rusiya arasında aprılan imperialist mübarizə nəticəsində yaradılan İran millətci fars rejimi, hər dəfə Rusiyanın təsiri altına düşmək istədikdə əks tərəfin hücumuna məriz qalır. Birinci “şah” mehtər Rza özünü müstəqil hiss edib Rusiya tərəfə “yıxılmaq” istədikdə onu qovdular (1941) yerinə oğlu gətirdilər. O zaman İngilis mətbuatı açıq yazırdı ki, sizi Qacarlar dövlətində biz hakimiyyətə gətirdik. İstədiyimiz vaxt sizi qova bilərik. Belə də etdilər. Rusiya öz təsir vasitələri ilə Rzanın oğlu Məhəmmədə də təsir edirdi. O da Rusiya ilə yaxınlıq etmək istədiyinə görə onu qovdular. ABŞ, İngiltərə, qərb güc mərkəzi əvvəlcədən hazırladıqları Xomeynini İrana gətirdilər. (1979) Beləliklə Ölkədə olan fars millətci rejimin “şah” maskasını “islam” maskası ilə dəyişdilər.
Bu rejimin ömrünü 47 il də uzatdılar. Bu 47 ilin ilk əvvəllərində ABŞ, İngiltərə, qərbə sadiq qalan bu “İslam” respublikası, təxminən 30 ildir özünü müstəqil hesab edib Rusiya ilə müttəfiq olmaq siyasətini aparır. Sözsüz ki, buna bu rejimi yaradan ABŞ, İngiltərə heç vaxt razı olmayacaq. Ona görə də İran “İslam” respublikasına hər cür iqtisadi təzyiqlər, sanksiyalar tətbiq olunur. Rusya geosiyasi diplomatiyası, beynəlxalq qanunlar pərdəsi altında İran “İslam” respunlikasını öz təsir zonasında saxlayır. Bu istiqamətdə Çin də İranla iqtisadi əlaqələr qurulub. İran neftinin böyük hissəsini Çin alır. Bu Çinə sərf edir. Bu gün bu müharibə maraqlar üzərindən daha kəsgin davam etməkdədir.
Bu gün İranda nə baş verir? Bu gün İranda olan müharibə, çoğravi mövqeyinə və sərvətlərinə görə ənənəvi rəqiblərin geosiyasi müharibəsinin davamıdır. İrana ABŞ-ın, İsrailin hücumunda maraqlı olan kimlərdir? Birinci 101 ildə adi insani hüquqlarının tələb edilməsinə görə milyonlarla insanlar ya dar ağacından asılıb, ya müxtəlif alçaldıcı təzyiqlər görən, ya da ölkədə didərgin düşən Azərbaycan Türkləridir. İkinci mehtər Rzanın nəvəsi və onlara qoşulanlar. Bir də Rusiya. Şünki, Rusiyanın geosiyasi mübarizəsində rəqibi olan ABŞ, İngiltərə, qərb, onu Ukraynada geri çəkilə bilmədiyi bir müharibəyə sala bilib. Dörd il davam edən Ukrayna müharibəsindən Rusiya məğlub kimi çıxsa, bu onun məhv olmasına bərabər olacaq.
Bütün qərb ölkələri, İngiltərə, ABŞ, Avropa birliyi, BMT hamısı Rusiyaya qarşı müharibədə Ukraynaya yardım edirlər. Bu güclər Ukraynanı tək qoymayacaqlar. Həm əsas rəqibi müharibə “tələ”sində daha çox zəiflədir. Onlarda məqsəd, müharibəni Rusiya çökənə qədər davam etdirməkdir. Həm də Ukraynanın təbii sərvətlərinə sahib olacaqlar. Həm də Rusiyaın “don”durulmuş vəsaitləri hesabına hərbi mallarını satırlar. Bütün bunları Rusiya da bildiyi üçün o da İran məkanını Rəqibi üçün döyüş meydanı etmək üçün hər zaman İran “İslam” dövlətinə bu istiqamətdə yardım edirdi. Rusiya Çini də bu istiqamətdə yönəldib. Rəqibinin İranda uzunmüddətli müharibəsi Rusiyanın marağındadır. O da rəqibinin İranda tələyə düşməsini istəyirdi, bu da baş verdi. ABŞ da bu mətləbləri bildiyi üçün müharibəni üzün müddətdə aparmayacaq. İranı elə vəziyyətə salacaq ki, ölkə daxilində rejimə qarşı daxili üsyan yaradılsın. Eyni zamanda ətraf ərəb ölkələrini də İrana qarşı müharibəyə qaldırsın.
İranda “isalm” respublikasına sadiq olan insanlar təmiz ürəklə dinə bağlı olanlardır. İnsanların bu pak dini hislərindən, inancından istifadə edən bütün siyasətcilər Allahın ən ağır cəzasını görəcəklər!
ABŞ-ın, İngiltərənin babaları öz maraqları üçün yaratdıqları fars millətci rejimi, indi sizin nəvələrinizə qarşı düşmənə çevrilib. Məqsədiniz nədir? Bu qarşıdurmanı nüvə müharibəsinə qədər aprmaq? Nüvə müharibəsi olsa heç kim sağ qalmayacaq! Rusiya tam dağılmaqdan öncə nüvə silahından istifadə edə bilər. Düşünün! Ona görə də 101 il əvvəl qanunsuz, məkirli siyasətlə Azərbaycan xalqının əlindən alınan hakimiyyətinin bərpa olunmasına yardım edin! Həm Rusiya, həm Çin, həm də ABŞ, İngiltərə, qərb dövlətləri, İranın hamınızla etibarlı müttəfiq olmasını istəyirsizsə, Azərbaycan xalqı yenidən hakimiyyətə gəlməlidir! Ancaq bu halda heç bir tərəfə İran düşmən olmayacaq! Bütün tərəflərlə müttəfiq və dost olacaq!
İranda 60 milyona qədər Türk xalqları yaşayır. Bu xalqlar beynəlxalq səviyyədə müdafiyəsiz qalmamalıdır! Bunun üçün bütün Türk dövlətləri və TDT və ədalət və sülh istəyən dövlətlər hamısı hər gün bütün istiqamətlərdə diplomatiya və siyasət aparmalıdır! Unutmayın İran tarixi Azərbaycan dövlətidir!
Tahir Ələkbərov