ABŞ və İsrail tərəfindən başladılan İranla müharibənin ikinci günü geridə qaldı. Bombardmanlarla yanaşı, ABŞ və İsrail təbliğat səylərini davam etdirirlər.
ELAZ.İNFO xəbər verir ki, bu kontekstdə İran Radio və Televiziya Korporasiyasının (IRIB) 3-cü kanalı kiberhücuma məruz qaldı. Kanalın normal yayımı kəsildi və İran rejimini hədəf alan mesajlar yayımlandı.
Ekranda nümayiş olunan görüntülərdə “Bütün hökumət çökmə prosesindədir” və “İran xalqı gələcəyini kimin formalaşdıracağına özü qərar verməlidir” kimi ifadələr yer aldı.
Fasilə zamanı ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun İran xalqına ünvanladıqları çıxışlar da farsca altyazılarla yayımlandı. Tramp və Netanyahu çıxışlarında İran hökumətini hədəfə aldılar və İran xalqını hərəkətə keçməyə çağırdılar.
İlahə BAYINDIR