ELAZ.İNFO verir ki, İsrail dövləti mövcud təhlükələri aradan qaldırmaq məqsədilə İrana qarşı preventiv hərbi əməliyyat keçirib. Hücumdan dərhal sonra İsrailin müdafiə naziri İsrael Kats ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib.
İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaxın vaxtlarda İsrail ərazisinə və mülki əhaliyə qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə cavab hücumlarının olacağı gözlənilir. İsrail dövləti təhlükəni vaxtında zərərsizləşdirmək üçün preventiv zərbə endirib. Müdafiə naziri Katsın imzaladığı xüsusi fərmanla ölkə miqyasında fövqəladə vəziyyət elan olunub, – deyə rəsmi bəyanatda bildirilir. Ordunun mətbuat xidməti (SAXAL) isə Arxa Cəbhə İdarəsinin təlimatları dəyişdiyini açıqlayıb. Yeni qaydalara əsasən: Bütün ölkə ərazisində təhsil prosesi dayandırılıb; Kütləvi toplaşmalara və müəssisələrin fəaliyyətinə qadağa qoyulub; Yalnız həyati əhəmiyyət kəsb edən sektorların fəaliyyətinə icazə verilir. Hazırda ölkə “tam fəallıq” rejimindən “zəruri fəallıq” rejiminə keçirilib və əhaliyə sığınacaqlara yaxın durmaq tövsiyə olunur.
Ruslan MƏMMƏDOV