ELAZ.İNFO xəbər verir ki, Əfqanıstanın Müdafiə Nazirliyi Pakistanın strateji əhəmiyyətli hərbi bazalarına genişmiqyaslı aviazərbələr endirib. Pakistanın Fəysələbad, Novşera, Camrud və Abbottabad şəhərlərindəki hərbi obyektlər tamamilə məhv edilib.
“Təliban” Hökumətindən Sərt Cavab! Əfqanıstanın Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, bu hücumlar Pakistanın fevralın 26-sı Kabula, Qəndəhar və Paktia vilayətlərinə endirdiyi zərbələrə cavab addımıdır. Rəsmi bəyanatda bildirilir: “Bu aviazərbələr Pakistan ordusunun hava sərhədlərimizi pozaraq ölkəmizə hücumuna bir cavabdır”.
Bölgədə Gərginlik Zirvədədir Hərbi ekspertlər bu hadisəni iki ölkə arasında açıq hərbi münaqişənin başlanğıcı kimi qiymətləndirirlər. Mütəxəssislər bildirir ki, regionda sülh və təhlükəsizlik ciddi təhlükə altındadır.
Ruslan MƏMMƏDOV