ELAZ.İNFO xəbər verir ki, Sumqayıtda bir məktəbli Şəms adlı həyatına son verdi. Şəms bir övlad, bir bacı idi ve gələcəyin bir savadlı xanımı, həyat yoldaşı və anası ola bilərdi. Çox təəssüf ki, susqun cəmiyyət onu əbədi susdurdu.
Bir insanın bu nöqtəyə gəlməsi bir anın işi deyil… Bu, uzun sürən susqunluğun, başa düşülməməyin, təzyiqin və tək buraxılmağın nəticəsidir. Bir uşaq, bir gənc bu nöqtəyə gəlirsə, deməli, evdə dinlənilməyib, cəmiyyətdə mühakimə olunub.Biganəlik və laqeyidlik görüb.
Biz çox asan deyirik: uşaqdır, keçər, naz edir, şişirdir.
Amma heç kim soruşmur: niyə bu qədər susur?
Müəllim təkcə dərs deməməlidir.
Valideyn təkcə böyütməməlidir.
Cəmiyyət biganə qalmamalıdir.
Gələcəyimiz gözümüzün önündə məhv olur. Şəms bir övlad, bir bacı idi ve gələcəyin bir savadlı xanımı, həyat yoldaşı və anası ola bilərdi. Çox təəssüf ki, susqun cəmiyyət onu əbədi susdurdu.
Allah rəhmət eləsin!
Səbinə KƏRİMOVA