Düz dörd il əvvəl Rusiya Ukraynaya hücum etdi və qonşu Slavyan ölkəsinə qarşı genişmiqyaslı müharibəyə başladı. Müasir tarixin ən qanlı və ölümcül müharibələrindən birinə çevrilən müharibə. Bəşəriyyətin əvvəllər heç vaxt görmədiyi absurdluğu və ümidsizliyi olan bir müharibə.
Bu, dəhşətli, böyük bir faciədir. Ən dəhşətlisi isə on milyonlarla insanın əzabına, milyonlarla insanın məhv olmasına baxmayaraq hələ də sonunun görünməməsidir.
Məlumat üçün bildirək ki, Ukrayna ərazisinin təxminən 20%-i işğal altındadır. Bir çox şəhər və qəsəbələr xarabalığa çevrilib. Ən dəhşətlisi isə odur ki, dörd ildən sonra bu xain dünyada heç kim təcavüzkarı cilovlaya bilməyib. Baxmayaraq ki, Ukrayna xalqının dözümlülüyünə heyran olmamaq mümkün deyil.
Bundan sonra nə baş verəcəyi də məlum deyil.
Yalnız bir şey aydındır: yalnız ölən və şikəst olanların sayı artacaq…
Əli Əlizadə-TACİKİSTAN