Sosial şəbəkələrdə və bəzi platformalarda müəyyən qan qruplarının insanların xarici görünüşünə və cazibədarlığına təsir etdiyi barədə maraqlı iddialar yayılıb. Xüsusilə “A” qan qrupunun (II qrup) daha gözəl və estetik görünümlü insanları təmsil etdiyinə dair yanaşmalar mövcuddur. Bəs elm bu barədə nə deyir?
ELAZ.İNFO xəbər verir ki, gözəllik subyektiv anlayış olsa da, qan qrupları ilə bağlı bəzi elmi reallıqlar var. Qan qrupu (A, B, AB, O) genetik olaraq təyin olunur və eritrositlərin səthindəki xüsusi antigenlərlə bağlıdır. Qan qruplarının paylanması müxtəlif coğrafiyalarda fərqlidir: Rusiya və Avropada: Daha çox A (II) və O (I) qruplarına rast gəlinir. Asiya ölkələrində: B (III) qrupunun faiz dərəcəsi daha yüksəkdir.
Hər nə qədər “ən gözəl insanlar A qrupunda olur” kimi zarafat yanaşı mülahizələr olsa da, reallıqda gözəllik xarici görünüş, daxili keyfiyyətlər, intellekt və xarizmanın birləşməsidir. Biologiya baxımından qan qrupu insanın sağlamlıq meyillərinə təsir edə bilsə də, üz cizgilərinin estetikası daha mürəkkəb genetik kombinasiyaların nəticəsidir.
Buna baxmayaraq, aparılan bəzi qeyri-rəsmi müşahidələr A qan qrupuna sahib insanların daha həssas və balanslı bədən quruluşuna malik olduqlarını iddia edir.
Ruslan MƏMMƏDOV