ELAZ.İNFO xəbər verir ki, gecə saatlarında bir kişi Prezident Donald Trampın Florida ştatındakı Mar-a-Lago iqamətgahına girməyə cəhd edib.
İqamətgahı qoruyan Məxfi Xidmət agentləri şübhəlini, 20 yaşlarında olan bir kişini güllələyiblər. O, atışmadan sonra ölüb. Hadisə zamanı Trampın Vaşinqtonda olduğu bildirilir.
Məxfi Xidmət şübhəlinin şimal darvazasından girməyə cəhd etdiyini və üzərində ov tüfənginə və yanacaq qutusuna bənzər bir əşya olduğunu bildirib. Cəhdin səbəbi hələ açıqlanmayıb.
İlahə BAYINDIR