GÜNEY AZƏRBAYCAN TÜRK CÜMHURİYYƏTİNİN SOSİAL-İQTİSADİ VƏ SİYASİ HÜQUQLAR MANİFE
Güney Azərbaycan Türk Milləti, 40 milyondan artıq əhalisi və 70%-dən çox gənc demoqrafik strukturu ilə yalnız siyasi azadlıq deyil, eyni zamanda yüksək rifah səviyyəsinə malik modern bir dövlət qurmaq potensialına sahibdir. Bu potensialın reallaşması üçün məqsəd yalnız istiqlal deyil — İsveç modeli kimi sosial rifah dövləti qurmaqdır.
Bu manifestin əsas məqsədi:
Dövlət qurulduqdan sonra vətəndaşların hüquqlarını təmin edən sistemli model təqdim etmək
Sosial, iqtisadi və siyasi hüquqları kronoloji və strateji mərhələlər üzrə planlamaq
Dövlətin və vətəndaşın qarşılıqlı məsuliyyətlərini müəyyən etmək
I. KEÇİD MƏRHƏLƏSİ (0–24 AY)
(İstiqlaldan dərhal sonra dövlətin qurulması mərhələsi)
- Siyasi hüquqların təminatı
- Milli Məclisin yaradılması (keçid parlamenti)
- Müvəqqəti Konstitusiya qəbul edilməsi
- Söz, fikir və təşkilatlanma azadlığı
- Siyasi partiyaların sərbəst fəaliyyəti
- Müstəqil media və TBA-TV kimi platformaların gücləndirilməsi
Bu mərhələdə əsas məqsəd: diktatorluqdan hüquqi dövlətə keçid, təhlükəsizlik və hüquq sistemi, milli ordu və təhlükəsizlik sisteminin yaradılması, polis və məhkəmə sisteminin sıfırdan qurulması,insan hüquqları üzrə xüsusi tribunalın yaradılması, keçmiş cinayətlərin araşdırılması (ədalətli hüquqi proses)
Prinsip: qisas yox, ədalət,təcili sosial paket,minimum yaşayış təminatı proqramı,ərzaq və enerji subsidiyaları,işsizlər üçün dövlət dəstəyi,məcburi tibbi yardımın təminatı
Məqsəd: sosial çöküşün qarşısını almaq,iqtisadi sabitlik,milli valyutanın yaradılması,bank sisteminin qurulması,,xarici investisiyaların qorunması qanunu,neft, qaz, mədən resurslarının milli nəzarətə alınması
Prinsip: milli sərvət – millətindir
II. İNKİŞAF MƏRHƏLƏSİ (2–7 İL)
(İqtisadi və sosial sistemin qurulması)
- Sosial rifah modeli (İsveç modeli nümunəsi),pulsuz təhsil sistemi,universal səhiyyə sistemi,sosial təminat (pensiya, işsizlik, ailə yardımı),uşaqlar üçün dövlət dəstəyi proqramlar
Hazırlayan: Rıza Qaraçay
Güney Azərbaycan Milli Məşvərət Şurası, İstiqlalçılar Cəbhəsi.