ELAZ.İNFO xəbər verir ki, Biləsuvar rayonunda yaşayış evlərindən birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxs tutulub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 40 yaşlı T. Mansurov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.
Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir
Sevinc Qasımova