ELAZ.İNFO xəbər verir ki, fevralın 17-də “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın uzun illərə söykənən təcrübəsi əsasında hazırladığı “Kölgədə qalan qadınlar”, “Zorakılığın kodları”, “İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün təlimat” və “İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” adlı vəsaitlər ictimaiyyətə təqdim olunub.
Görüşdə müxtəlif dövlət və QHT nümayəndələri, Sosial iş sahəsində alim tətqiqatçılar müzakirədə aktiv iştirk etdi.
Kitabları əldə etmək istəyənlər müraciət edib PDF variantını əldə edə bilərlər.

elaz.info