ELAZ.İNFO xəbər verir ki, Milan Olimpiadasında cütlüklərin fiqurlu kankansürmə yarışları başa çatıb. Yaponiya təmsilçiləri Riku Miura və Ryuiçi Kihara buz üzərində möhtəşəm performans nümayiş etdirərək qızıl medala sahib olublar. Yapon cütlüyü sərbəst proqramda 158,13 bal toplayaraq yeni dünya rekorduna imza atıblar. Ümumi hesabda 231,24 bal yığan Miura və Kihara karyeralarının ilk Olimpiya çempionluğunu bayram ediblər.
Yarışın ən böyük sürprizi və uğuru isə Gürcüstan təmsilçilərindən gəlib. Anastasiya Metelkina və Luka Berulava cütlüyü ümumilikdə 221,75 bal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Bu, Gürcüstanın fiqurlu kankansürmə tarixində qazandığı ilk Olimpiya gümüşüdür. Yaponiya (Miura / Kihara) – 231,24 bal Gürcüstan (Metelkina / Berulava) – 221,75 bal Almaniya (Haze / Volodin) – 219,09 bal
Maraqlı məqam odur ki, gümüş və bürünc mükafatçılar arasında Rusiya fiqurlu kankansürmə məktəbinin yetirmələri yer alıb. Gürcüstanı təmsil edən Metelkina və Berulava Rusiya mütəxəssislərinin rəhbərliyi altında məşq edirlər. Almaniya adına bürünc qazanan Nikita Volodin isə 2023-cü ildə idman vətəndaşlığını dəyişmiş keçmiş Rusiya təmsilçisidir. Bu nəticələrdən sonra Yaponiya medal sıralamasında 10-cu yerə yüksəlib, Gürcüstan isə aktivinə ilk medalı yazdıraraq siyahıya daxil olub.
Ruslan MƏMMƏDOV