Milan-2026: Norveç Zirvədədir, İtaliya Təqib Edir

ELAZ.İNFO xəbər verir ki, İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının onuncu gününün nəticələrinə görə, medal sıralamasına Norveç yığması liderlik edir. Norveçli idmançılar artıq 12 qızıl medalla rəqiblərini xeyli qabaqlayıblar.

Turnirin ev sahibi İtaliya və idman nəhəngi ABŞ ilk üçlükdə yer alaraq mübarizəni davam etdirirlər: Norveç: 12 Qızıl, 7 Gümüş, 9 Bürünc (Cəmi: 28) İtaliya: 8 Qızıl, 4 Gümüş, 11 Bürünc (Cəmi: 23) ABŞ: 6 Qızıl, 8 Gümüş, 5 Bürünc (Cəmi: 19) Maraqlıdır ki, siyahıda qardaş Qazaxıstan (1 qızıl) və qonşu Gürcüstan (1 gümüş) da yer alıb. Çin isə bu dəfə hələlik qızıl medal qazana bilməyib, aktivində 3 gümüş və 2 bürünc var.

Bu gün Olimpiadada daha 7 medal dəsti öz sahibini tapacaq. Hazırda 4 qızıl medalla 8-ci və 9-cu yerləri bölüşən Almaniya və Fransa bu gün irəli sıçrayış edə bilərlər. Xatırladaq ki, Olimpiya Oyunları 22 fevral tarixində möhtəşəm bağlanış mərasimi ilə başa çatacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights