Bu gün dünyada aparılan geosiyasi müharibələr

ELAZ.İNFO

Azərbaycan Prezidenti cənan İlham Əliyevin Almaniyanın Münxen şəhərində Təhlükəsizlik Konfransında iştirak etməsi və çoxsaylı görüşlər keçirməsi, çıxışları və qlobal nəhəng maliyyə qrumlarının rəhbərləri ilə fikir mübadiləsində olması, yeni dünya nizamının qrululması prosesində Azərbaycanın və ölkə rəhbərinin bu prosesdə aparıcı subyektlərdən olduğunu əyani olaraq göstərir. Bu gün dünyada aparılan geosiyasi müharibələr, hər bir ölkəyə qarşı təhdidlərin olduğunu göstərir.

Ona görə də Münxendə Təhlükəsizlik Konfransının keçirilməsi dünya üçün olduqca önəmli bir hadisədir. Bu konfransda təhlükəsizlik məsələləri böyük iqtisadi münasibətlərin, böyük layihələrin qrulması, eyni zamanda da bu, dünyada güclərin təsir zonalarının sərhədləri çəkilir. Bu, aparılan danışıqlarda əldə olunan razılaşmalarda əksini tapır. Dünya gücləri balanslaşmalıdır ki, dünyada sabitlik olsun. Burda hər tərəfin maraqları əls olunmalıdır ki, tarazlıq, razılaşma dayanıqlı olsun. Dünyada gedən bu prosesdə Azərbaycan prezidentinin şoxsaylı görüşləri, Azərbaycanın 10 Avropa ölkəsilə strateji tərafgaş olması və dünyanın bütün güc mərkəzləri ilə strateji müttəfiq anlaşma sazişlərinin olması, ölkəmizin mövqeylərinin güclü və qüdrətli olduğunu göstərir.

Prezident cənab İlham Əliyevin bütün çıxışları önəmlidir. Amma onun “The Goldman Sachs Gropinc” şirkətinin qlobal məsələlər üzrə Prezidenti ilə görüşü, xüsusi əhəmiyyət və xüsusi məna kəsb edir. Ən böyük maliyyə resurslarını idarə edən bir şirkət və şirkətin təsisciləri ABŞ-da FES-ni təsisciləri ola bilər. O da məlumdir ki, FES özəl bir maliyyə qrumudur. Bu qrum ABŞ dövlətinə hər il maliyyə ayırır. Məntiqi təfəkkürlə o da məlumdur ki, ABŞ, İngiltərə, qərb güc mərkəzinin geostrateji siyasətini, bu zəka mərkəzi müəyyən edir. Azərbaycan Prezidenti bu maliyyə qrumu ilə birbaşa münasibətlər qurub strateji iqtisadi lahiyələr haqqında fikir mübadiləsində olması, Ölkəmizin qüdrətinin göstəricisidir. Münxendə keçirilən Təhlükəsizlik Konfransı dünyada müharibə təhdidlərinin qarşısıı almaq üçün önəmli bir betynəlxalq toplantıdır.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights