Masallıda evi yanan ailəyə icra başçısından operativ dəstək: Araz Əhmədov dərhal hərəkətə keçdi

ELAZ.İNFO xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Böyük Kolatan kəndində baş vermiş yanğın hadisəsi ilə əlaqədar zərərçəkmiş ailəyə maddi yardım göstərib.

Fevralın 11-də səhər saat 04:00 radələrində Böyük Kolatan kənd sakini Ağayev Nazir Kazım oğluna məxsus 225 kvadratmetrlik fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində evin 130 kvadratmetrlik sahəsi yanaraq tamamilə yararsız hala düşüb. Yanğın barədə məlumat alan Masallı RİH başçısı Araz Əhmədov məsələni dərhal nəzarətə götürüb. Ailənin sosial vəziyyəti xüsusi diqqət tələb edir: Nazir Ağayevin himayəsində I qrup əlil övladı var; Həyat yoldaşı isə II qrup əlildir. Bu həssas məqamları nəzərə alan rayon rəhbəri, ailəyə ilkin olaraq 500 manat məbləğində maddi yardım göstərilməsi barədə tapşırıq verib.

Rayon rəhbərliyinin çətin anlarda vətəndaşın yanında olması və göstərilən bu operativ diqqət sakinlər tərəfindən müsbət qarşılanıb. Bu addım dövlət qurumlarının vətəndaşın hər bir çətin anında onun arxasında olduğunun daha bir nümayişidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights