Luvr Muzeyi soyğun zamanı düşmüş tacın ilk şəklini paylaşıb.
ELAZ.İNFO xəbər verir ki, Luvr Muzeyində soyğun zamanı düşmüş və əzilmiş İmperatriça Yevgeniyaya məxsus brilyantla örtülmüş tac ciddi ziyan görüb. Muzey tacın tam təmir edilə biləcəyi açıqlanıb.
TAC CİDDİ ZƏDƏLƏNİB
Məlumat üçün bildirək ki, Luvr Muzeyi ötən oktyabr ayında baş verən böyük soyğunda zədələnmiş Fransa İmperatriçası Yevgeniyaya məxsus tacın “demək olar ki, bütöv” tapıldığını və tam bərpa edilə biləcəyini açıqlayıb.
Təxminən 88 milyon avro dəyərində zinət əşyalarını oğurlayarkən soyğunçular brilyantla örtülmüş tacı qaçış yolları boyunca atıblar və onu geridə qoyublar.
Günel GÜNTAC