Donald Trampdan təyyarədə təhlükədən necə xilasolma üsulu

ELAZ.İNFO xəbər verir ki, Donald Tramp deyir ki, təyyarədə yatmağı sevmirəm.

ABŞ prezidenti Donald Tramp cümə axşamı “Milli Dua Səhər Yeməyi” mərasimində çıxışı zamanı zarafatla bildirib: “Mən təyyarədə yatmıram. Təyyarədə yatmağı sevmirəm. Bilirsiniz, pəncərədən bayıra baxmağı, raketlərə və düşmənlərə diqqət yetirməyi xoşlayıram, doğrudan da.”

Tədbirdə Tramp ikinci prezidentlik dövründə ABŞ ordusunun gücünü vurğulayıb, İran üzərinə təzyiqlərdən, hərbi donanmanın göndərilməsindən və İranın nüvə obyektlərinə zərbələrdən danışıb. O, həmçinin dini dəyərlərin və dini azadlıqların qorunmasının vacibliyini qeyd edib.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights