İran Çin və Rusiya ilə birlikdə təlimlərə başlayacaq

ABŞ və İran arasındakı gərginlik qarşılıqlı hərəkətlər və bəyanatlarla daha da şiddətlənir. ABŞ-ın yaxın günlərdə İrana hərbi hücum edə biləcəyi ilə bağlı gözləntilər artdıqca regionda vəziyyət daha da gərginləşir. Son addım İrandan gəldi.

ELAZ.İNFO xəbər verir ki, “Əl-Cəzirə” televiziyasına danışan adı açıqlanmayan İran rəsmisi İran donanmasının bir neçə gün ərzində Oman körfəzində və Hind okeanında Çin və Rusiya ilə birlikdə təlimlərə başlayacağını açıqladı.

Məlumat üçün bildirək ki, ABŞ Hərbi Dəniz Qüvvələri də İranı hərbi hücumla təhdid edən Donald Trampın əmri ilə Oman körfəzi yaxınlığında yerləşdirilmişdi.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights