Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edən Qalatasaray və Türkiyəni UEFA Avropa Liqasında təmsil edən Fənərbaxça müvafiq yarışlarında son liqa oyunlarını keçiriblər.
ELAZ.İNFO xəbər verir ki, Qalatasaray Çempionlar Liqasında Mançester Siti ilə səfər oyunu keçirib. Sarı-qırmızılılar 2-0 hesablı məğlubiyyətlə üzləşib və liqa mərhələsini ən yaxşı 24 komanda arasında başa vurub.
Qalatasaray pley-off mərhələsində İtaliya A Seriyası komandası Yuventus və ya İspaniya La Liqa təmsilçisi Atletiko Madrid ilə qarşılaşacaq.
İslam MAHMUDOV