Türkiyəli müğənni Hakan Taşıyanın vəziyyəti ağırdır

ELAZ. İNFO xəbər verir ki, Arabesk musiqisinin sevilən simalarından biri olan Hakan Taşıyan ötən gün infarkt keçirib. Xəstəxanaya təcili çatdırılan Hakan Taşıyanın vəziyyəti ağırdır. Həkimlər angioqrafiya etməkdə tərəddüd edirlər, çünki o, əvvəllər orqan nəqli əməliyyatı keçirib.

ƏRDOĞANIN TƏLİMATLARI
Sabah qəzetində yer alan xəbərə görə, angioqrafiya ilə bağlı qərar vermək üçün tibbi şura toplanarkən mövcud vəziyyətə Prezident Rəcəb Tayyib Ərdoğan müdaxilə edib. Ərdoğanın Taşıyan üçün mümkün olan hər şeyin edilməsi barədə göstəriş verdiyi məlum olub.

ƏRDOĞANI ESENBOĞA HAVA LİMANINDA QARŞILAMIŞDI
Məlumat üçün bildirək ki, Hakan Taşıyan bir neçə ay əvvəl Prezident Ərdoğanla görüşmüşdü. Taşıyan sənət yoldaşları ilə birlikdə Prezident Ərdoğanı səfərdən qayıtdıqdan sonra qarşılamaq üçün Esenboğa Hava Limanına gedib. İkisi uzun müddət görüşüb söhbət ediblər.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights