Avropa İttifaqı 6 Rusiya vətəndaşına qarşı yeni sanksiyaları təsdiqlədi

ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın 6 vətəndaşına qarşı yeni sanksiyalar paketini razılaşdırıblar. Brüsseldəki diplomatik mənbələrin verdiyi məlumata görə, “qara siyahı”ya əlavə edilən şəxslər arasında tanınmış jurnalistlər, ictimai xadimlər və mədəniyyət nümayəndələri yer alır.

Rəsmi Brüssel bu addımı həmin şəxslərin “Rusiya narrativlərini və təbliğatını yayması” ilə əsaslandırıb. Sanksiyaların tətbiqi ilə bağlı rəsmi qərarın yanvarın 29-da Aİ Xarici İşlər Nazirləri şurasının iclasında təsdiqlənəcəyi gözlənilir. Sanksiyaya məruz qalan şəxslərin adları məhz bu qərardan sonra ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, bu qərar Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı məhdudlaşdırıcı tədbirlərin davamıdır. Siyahıya düşən şəxslərin Avropa İttifaqı ərazisinə girişi qadağan edilir və varsa, oradakı aktivləri dondurulur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights